Binəqədidən Amerikaya mal ixrac edilir

Date:

Paylaş:

Azərbaycanda Binəqədidən Amerikaya meyvə və tərəvəz konservləri ixrac olunur.

Bizplus.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin də iştirak etdiyi regionların inkişafına həsr olunan konfransda çıxışı zamanı şirkət direktoru Afət Əhmədova bildirib.

“Brightman Business Managment Consultans” meyvə və tərəvəz konservlərinin istehsalı müəssisəsinin direktoru Afət Əhmədova çıxış edərək deyib:

-Möhtərəm cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Cənab Prezident, son illər Azərbaycanda Sizin rəhbərliyinizlə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar ölkə iqtisadiyyatının daha sürətlə inkişafı üçün şərait yaradıblar.

Qida məhsulları istehsalı sahəsində kiçik sahibkar kimi bu gün ölkə rəhbərinə öz fəaliyyətim barədə məruzə etmək şəraitinin yaradılması buna gözəl nümunədir.

Azərbaycan neft-qaz ölkəsi olmaqla yanaşı, həm də çox böyük aqrar resursa və potensiala malik uğurlu kənd təsərrüfatı ölkəsidir. Yaradılmış əlverişli imkanlar daha çox çeşiddə yerli məhsul istehsalı üçün şərait yaradır ki, nəticə etibarilə həm yerli istehlakçılar təmin olunur, eyni zamanda, ixrac imkanları yaranır. Dövlətimiz kiçik və orta sahibkarlığın inkişafı üçün maddi və texniki vəsaitlər qismində böyük sərmayələr yatırıb, çoxşaxəli dəstək mexanizmlərindən istifadə üçün hər cür imkan yaradılıb.

Möhtərəm cənab Prezident.

Şirkətimiz meyvə və tərəvəzlərdən premium seqmentə aid konserv məhsullarının istehsalı ilə məşğuldur. Tərkibində heç bir kimyəvi qatqı maddələri olmayan, tam təbii məhsullarımız bu xüsusiyyətinə görə dünyanın qabaqcıl ölkələrinin istehlakçıları tərəfindən rəğbətlə qarşılanır. Biz, “ZIRA natural and gourmet” brendi altında istehsal olunan məhsullarımızla fəxr edirik. Məhsullarımızın bir çoxunun tərkibində şəkər yoxdur və sağlam qidalanma üçün nəzərdə tutulub. Dünyada gedən total sənayeləşmə fonunda bu cür məhsullar dünya bazarlarında böyük marağa səbəb olur.

Digər bir özəlliyimiz isə yalnız yerli mövsümi xammaldan istifadə və həmin xammalın təchizatını bütün ölkəboyu kiçik fermerlərdən tədarük etməyimizdir. Bu həm yüksəkkeyfiyyətli, pestisidlərsiz xammal əldə etməyə, həm də kiçik fermerlər üçün öz məhsullarını bazar qiymətindən nisbətən yüksək qiymətə birbaşa alıcı şirkətlərə satmağa imkan verir.

Müəssisəmiz beş ildir fəaliyyət göstərir və bu vaxt ərzində dövlətimizin kiçik və orta biznesə dəstəyinin bəhrəsi olaraq bir çox uğurlara imza atmışıq. Fəaliyyətimiz əsasən ixracyönümlüdür. Hazırda məhsullarımız Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Polşa kimi ölkələrə ixrac olunur. Bizim məhsul portfelinin unikallığı qədim Azərbaycan reseptlərinin araşdırılaraq yenidən üzə çıxarılması, nəsildən-nəslə ötürülən təam nümunələrinin dünyaya çatdırılma konsepsiyası üzərində qurulmasıdır. Məhsullarımız dünyanın bir çox ölkələrində təşkil olunmuş qida və kənd təsərrüfatı sərgilərində ölkəmizi yüksək səviyyədə təmsil edib və sərgi iştirakçılarının böyük marağını qazanıb. Məqsədimiz Sizin iqtisadiyyatımız qarşısında qoyduğunuz əsas hədəflərə uyğun olaraq, ənənəvi ixrac bazarlarından əlavə, yeni ixrac bazarlarının tapılması və ixracın coğrafi diversifikasiyasıdır.

Cənab Prezident, Sizin tapşırıqlarınıza uyğun olaraq qeyri-neft məhsullarının ixracının genişləndirilməsi və “Made in Azerbaijan” brendinin dünyada tanıdılması istiqamətində dövlətin dəstəyi ilə mütəmadi olaraq xarici ölkələrə ixrac missiyaları təşkil olunur, beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə iştirak edilir. Dövlətin vəsaiti hesabına həyata keçirilən dəstək tədbirləri biz sahibkarlar üçün xarici partnyorların tapılması və ixracın artırılması istiqamətində platforma rolunu oynayır. Yaradılmış bu cür şəraiti dəyərləndirərək istehsal etdiyimiz məhsulların xarici bazarlara çıxarılması istiqamətində bir sıra müqavilələr bağlanılıb, uğurlu nəticələr əldə olunub.

Şirkətimizin məqsədi yalnız məhsul ixrac edib, ölkəyə valyuta axınını təmin etməkdən ibarət deyil. Əsas amalımız qədim Azərbaycan mətbəxini, ənənələrini, tarixini və potensialını dünya xalqlarına çatdırmaq və ümumilikdə keyfiyyətli Azərbaycan məhsulları ideyasını dünyada təbliğ etməkdir. Bu məqsədlə şirkətimiz müxtəlif ölkələrdə məhsullarımızın dequstasiya və təbliğat aksiyalarını təşkil edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...