Binəqədi Rayon İcra Hakimiyyəti tender elan edir

Date:

Paylaş:

Binəqədi Rayon İcra Hakimiyyəti nəqliyyat vasitələrinin və xüsusi texnikanın satın alınması məqsədilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq tender elan edir

 Tender 2 lot üzrə keçirilir.
Lot 1 – nəqliyyat vasitələrinin satın alınması
Lot 2 – xüsusi texnikanın satın alınması
 
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı;
-maliyyə durumu qənaətbəxş olmalı;
-texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə şəriştəsinə malik olmalı;
-vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmamalıdır.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 100 (bir yüz) manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu aşağıdakı ünvandan əldə edə bilərlər.

İddiaçı tenderin əsas şərtlər toplusunda göstərilən bütün maddələrə dəqiq əməl etməlidir.

Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179, Binəqədi Rayon İcra Hakimiyyəti.
Əlaqələndirici şəxs-Yəhya Əliyev, telefon – 562-48-32 (daxili – 526)

Bank rekvizitləri-
Dövlət Xəzinədarlıq Agentliyi

Kod- 210005

VÖEN- 1401555071

M/h- AZ41NABZ01360100000000003944

SWIFT- CTREAZ22

Alan- Binəqədi Rayon İcra Hakimiyyəti

VÖEN-1000323341

H/h- AZ77CTRE00000000000002517631 

Ödənişin təyinatı mütləq göstərilməlidir!

XHK -2517631, büdcə səviyyəsinin kodu – 7y, iqtisadi təsnifat-142340

 İştirak haqqı heç bir halda geri qaytarılmır.
 
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

– tenderdə iştirak etmək üçün yazılı müraciət;

– iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətləri;

– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq orqanlardan arayış;

– tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalır);

– tender təklifi qiymətinin 1(bir) faizi həcmində təklifin təminatı;

– xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənəd;

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 24 may 
2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 3 iyun 2019-cu il saat 17.00-a qədər Binəqədi Rayon İcra Hakimiyyətinə (ünvan-Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179, Binəqədi Rayon İcra Hakimiyyəti) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçının təklif zərfləri 4 iyun 2019-cu il saat 11.30-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

Tender təklifinin qüvvədə olma müddəti tender prosedurunun başlandığı gündən sonra ən azı 30 (otuz) bank günü təşkil etməlidir.
Tender təklifinin təminatı tender prosedurunun başlandığı gündən etibarən ən azı 60 (altmış) bank günü (tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 bank günü) çox olmalıdır və təklifin ümumi qiymətinin 1 (bir) faizini təşkil etməlidir.
Tenderdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...