Fransanın ən zəngin adamı, “Louis Vuitton Moet Hennessy” (LVMH) moda evinin sahibi, varidatı 108 milyard dollaradək artan Bernar Arno “Bloomberg Billionaire İndex”in siyahısında ikinci yerə yüksəlib, 107 milyard dollarlıq varidatın sahibi, “Microsoft İnc.” sahibi və təsisçisi Bill Qeytsi isə üçüncü yerlə qərarlaşıb.
Reytinqdə birinci yerdə olan “Amazon.com” satış portalının sahibi Ceff Bezos isə 125 milyard dollarlıq varidatla dünya zənginlərinin siyahısına başçılıq edir.
Bildirilir ki, B.Qeyts daha əvvəl ikinci yerdən aşağı düşmədiyi halda B.Arno yalnız bu ilin iyun ayında dünyada varidatı 100 milyard dollar həddini keçən üçüncü şəxs olub