“Forbes” “Ən zəngin amerikalılar” siyahısının növbəti buraxılışını yayımlayıb. Bizplus-un Trend-ə istinadən məlumatına görə, siyahıya “Amazon”un təsisçisi Ceff Bezos başçılıq edir.
Bezosun sərvəti 160 milyard dollar məbləğində, Qeytsin sərvəti isə 97 milyard dollar məbləğində dəyərləndirilib.
Siyahıda ilk onluq aşağıdakı kimidir:
1. Ceff Bezos – 160 milyard dollar
2. Bill Qeyts – 97 milyard dollar
3. Uorren Baffet – 88,3 milyard dollar
4. Mark Tsukerberq – 61 milyard dollar
5. Larri Ellison – 58,4 milyard dollar
6. Larri Peyc – 53,8 milyard dollar
7. Çarlz Koç – 53,5 milyard dollar
8. Deyvid Koç – 53,5 milyard dollar
9. Sergey Brin – 52,4 milyard dollar
10. Maykl Blumberq – 51,8 milyard dollar
ABŞ prezidenti Donald Tramp siyahıda 3 pillə geriləyərək 259-cu yerdə qərarlaşıb. Onun sərvəti ötən il olduğu kimi 3,1 milyard dollar qalıb.