“Microsoft” şirkətinin qurucusu Bill Geyts bir çox proqnozlarının gerçəyə çevrilməsi ilə də məşhurdur. Məlumata görə, məhz o, bir neçə il əvvəl smartfonların və sosial şəbəkələrin populyar olacağını anons etmişdi.
“Business Insider” nəşri Bill Geytsin gələcəklə bağlı 7 proqnozunu dərc edib. Beləliklə, 75 milyard dollarlıq sərvəti olan dünyanın ən varlı adamlarından biri düşünür ki:
1. 10-15 ildən sonra bioterrorçular süni viruslar yaradacaqlar;
2. 10-15 ildən sonra texnologiyalar Afrikada aclığa qalib gələcək;
3. 2030-cu ildə mobil banklar aztəminatlı ailələrin sayını azaldacaq;
4. 2035-ci ildə yoxsul ölkə, demək olar ki, qalmayacaq;
5. 15 ildən sonra bərpa olunan enerji karbohidrogen energetikasını üstələyəcək;
6. 20 ildən sonra robotlar milyonlarla iş yerini zəbt edəcək;
7. 2019-cu ildə poliomielit (viruslar tərəfindən törədilən, beynin boz maddəsinin iltihabı) xəstəliyinin kökü tamamilə kəsiləcək.
Bill Gates: günə 2 dollar qazanmaqla necə varlanmaq olar?
©lent.az