Əsas səhifə Xəbərlər Digər xəbərlər Bill Gates Yeni 2020-ci il üçün qeyri-adi arzusunu dilə gətirib

Bill Gates Yeni 2020-ci il üçün qeyri-adi arzusunu dilə gətirib

79
Paylaş

“Microsoft” şirkətinin qurucusu Bill Gates 2020-ci illə bağlı arzusunu bildirib – daha çox vergi ödəmək. Bu barədə iş adamı öz bloqunda yazıb.

Bill Gates ilk dəfə deyil ki, ictimaiyyətə varlıların daha çox vergi ödəməli olmaları barədə açıqlama verir. Bundan əvvəl o, səhmdar Warren Buffett-lə birgə vergi sisteminin dəyişməsinə görə çıxış edib: milyarderlər şəhər mühitini təkmilləşdirmək və bütün ehtiyacı olanlara yardım etmək üçün gəlirlərindən çoxlu faiz ödəməyə hazırdırlar: “Məncə, mən və yoldaşım Melinda da daxil olmaqla varlılar daha çox ödəməlidirlər. Vergi qanunvericiliyi üzrə ekspert olmasam da, belə hesab edirəm ki, Amerika öz vergi sistemini daha da ədalətli etmək üçün bəzi addımlar atmalıdır”.

Gates, daşınmaz əmlak və kapital artımı sahəsində vergi sistemini dəyişməyi təklif edib. Sahibkar qeyd edib ki, zənginlər üçün vergilərin artırılması ölkəyə, infarstrukturanı inkişaf etdirmək üçün (yollar salmaq, binalar inşa etmək və təhlükəsizliyi təmin etmək) kifayət qədər pul əldə etməyə kömək edəcək.