Əsas səhifə Xəbərlər Digər xəbərlər Bill Gates ştat sakininə “Gizli Santa” hədiyyəsi göndərib

Bill Gates ştat sakininə “Gizli Santa” hədiyyəsi göndərib

69
Paylaş

“Microsoft” şirkətinin təsisçisi Bill Gates ənənəvi “Gizli Santa” fleşmobunda iştirak edib. O, tanımadığı bir nəfərə 37 kiloqramlıq hədiyyə göndərib. Gates-in hədiyyələrinə sahiblənən bəxtəvər Miçiqan ştatının sakini 33 yaşlı Şelbi olub.

Gates-in komandası Şelbiyə hədiyyə seçməmişdən öncə onun sosial şəbəkələrdəki profillərini incələyiblər. Nəticədə Şelbi “Harri Potter” mövzulu LEGO konstruktoru, “Ulduz döyüşləri”ndən R2D2 robotu, “Dahi Getsbi” kitabının əlyazmasının nüsxəsini, sevimli şirniyyatlarını hədiyyə kimi qəbul edib.

Daha bir hədiyyə isə Şelbinin 2019-cu ildə dünyasını dəyişmiş anasının xatirəsini əbədiləşdirmək üçün Gates-in “Amerika Ürək Assosiasiyası”na xeyriyyə yardımı etməsi olub.