“Bill Gates olmaq” mümkündürmü?

Date:

Paylaş:

Bill Gates özünün ilk kompüter proqramını hələ uşaq ikən yazıb. O, General Electric tərəfindən istehsal olunan kompüterlərdən birində Tic Tac Toe (XOX) oyununu düzəltmişdi. Onda heç hələ İBM kompüterləri də yox idi, Apple-dan isə söhbət belə gedə bilməzdi. Digər həmyaşıdları oynayıb əyləndiyi bir vaxtda o, proqram işləri ilə məşğul olurdu.

Məktəbdə qeyri-adi qabiliyyətindən xəbər tutandan sonra ona dərs cədvəlinin hazırlanması prosesini asanlaşdıran proqram yaratmasını təklif etdilər.

Elmlər Muzeyinin məlumatına görə, o, proqramı elə etmişdi ki, dərslərində mümkün qədər çox qız olsun. “Görkəmli” biri üçün bu təbii bir haldır, elə deyilmi? Sonralar o, kollecə daxil olandan sonra öz firmasını açır və bütün vaxtını işə həsr etmək üçün 1975-ci ildə Harvarddan gedir.

Deyilənə görə, bir işdə mütəxəssis olmaq üçün 10 000 saat həmin işə vaxt sərf etmək lazımdır və budur, siz artıq dünya səviyyəli ekspertsiniz. Bill Gates –in isə üstünlüyü onda idi ki, o bu qədər işləməyə çox erkən yaşlarında başlamışdı. Onun “təcrübəsi” hələ səkkizinci sinifdə özünü göstərməyə başlamışdı, “kompüter işləri”nə görə isə, 70-ci illərdə sahə üzrə demək olar ki, pionerlərdən biri idi.

Deməli, siz də növbəti bir Bill Gates ola bilərsiniz. Bunun üçün hərəkətə keçmək, lazımi ölçülər götürmək və istiqamətlənmək lazımdır. Təkcə ideyalar düşünmək kifayət deyil, hərəkət edib bir iş də görmək lazımdır.

Həm Gates, həm də Zuckerberg başqaları heç bir iş görməyib əyləndiyi, gəzib-dolandığı və ya gələcəkdə sadəcə işləmək üçün təhsil aldıqları bir vaxtda özlərinə iş qurmağa başlayıblar. Fərq də məhz bundadır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...