Bill Gates “Microsoft”u tərk etdi

Date:

Paylaş:

“Microsoft” korporasiyasının həmtəsisçisi Bill Qeyts şirkətin Direktorlar Şurasından gedir.

Bu barədə “Reuters” agentliyi xəbər verib.

Bundan sonra o, xeyriyyəçiliklə məşğul olacaq. Belə ki, sahibkar qlobal səhiyyənin və təhsilin inkişafına, həmçinin iqlim dəyişikliyi probleminin həllinə diqqət ayırmaq niyyətindədir. Şirkət məlumatı təsdiqləyib.

Bundan başqa, Qeyts Uorren Baffetin “Berkshire Hathaway Inc” şirkətini də tərk etmək barədə qərar qəbul edib. 

Qeyd edək ki, “Microsoft”un əsası 1975-ci ildə sahibkarlar Bill Qeyts və Pol Allen tərəfindən qoyulub. “Microsoft” fərdi kompüterlərdən mobil telefonlara qədər müxtəlif qurğular üçün proqram təminatının istehsalı üzrə ən böyük korporasiyalardan biridir. Şirkətin qərargahı ABŞ-ın Vaşinqton ştatındakı Redmonde şəhərində yerləşir. Korporasiyanın bazar kapitallaşması 700 milyard ABŞ dollarından çoxdur.

Report

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...