Amazonun səhmlərinin yüksəlişi Ceff Bezosu dünyanın ən varlı insanları sıralamasında birinci edib. 53 yaşlı iş adamı bu gün Bill Gatesi geridə qoyaraq sərvətini 90.9 milyard dollara çatdırıb. Onun hazırki sərvəti Bill Gatesin sərvətindən 200 milyon dollar çoxdur.
Qeyd edək ki, “Amazon”un bazar dəyəri son aylar ardıcıl yüksəlir. İlin əvvəlindən bəri şirkətin bazar dəyəri 146 milyard dolar artıb. İyulun 26-da “Amazon”un dəyəri yarım trilyon dolları ötüb. Buna qədər ABŞ-da cəmi 3 şirkətin – “Alphabet”, “Apple” və “Microsoft”un bazar dəyəri 500 milyarddan çox idi.