Əsas səhifə Məqalələr Fərdi inkişaf Bill Gates 40 il öncəki gənc Billə nə tövsiyə edərdi?

Bill Gates 40 il öncəki gənc Billə nə tövsiyə edərdi?

1816
Paylaş

Bill Gates 40 il öncəki gənc Billə nə tövsiyə edərdi və xanımı Melinda və Baffet ona nələri öyrətdi?

Microsoft şirkətinin həm təsisçisi, Bill Gates (Beynəlxalq Forbes jurnalına əsasən, dünyanın ən zəngin insanı, sərvətinin miqdarı 86 milyard dollar) universiteti bitirməzdən öncə nələri bilmək istədiyini paylaşıb. Öz Twitter hesabında milyarder, bugünkü məzunlara tövsiyələrini dərc edib.

“Süni intellekt, energetika, biotexnologiya – perspektivli sahələrdir, siz bu sahələrdə çox şey edə bilərsiniz. Əgər mən biznesə bu gün başlasaydım, məhz bu sahələri seçərdim.

Intellekt müxtəlif formada təzahür edir. O bir ölçülü deyil. O, mənim əvvəl düşündüyüm qədər vaib deyil. Mən sözün əsl mənasında sadəcə bir şeyə təəssüf edirəm, mən məktəbi bitirəndə bu dünyanın ən pis ədalətsizlikləri haqqında  elə də çox bilmirdim.  Onları başa düşmək üçün mən bir neçə on ilimi sərf etməli oldum.

Siz indi, mənim sizin yaşda olduğum dövrdəki məndən daha çox bilirsiniz. Siz ədalətsizliyə qarşı mübarizəni daha erkən başlaya bilərsiniz, istər bu adi küçə olsun, istər bütün dünya.

Özünüzü sizə meydan oxuyan, çağırışlar edən insanlar ilə əhatə edin, çünki onlar sizi daha yaxşı olmağa vadar edir, sizi daha yaxşı versiyanıza çevirir və özünüzü üstələməyə təkan verir. Necə ki, Melinda Gates ( biznesmenin həyat yoldaşı) bunu mənim üçün edir.

Uorren Baffet (Bill Gates-in dostu, Forbes reytinqinin 2-cisi ) kimi mən də xoşbəxtliyi mənə yaxın olan insanların səadəti, onların mənə qarşı sevgisi və mənim digər insanların həyatına gətirdiyim müsbət dəyişikliklər ilə ölçürəm.

Bu vacibdir, çünki siz istəyirsiniz ki, dünya daha yaxşı olsun və bu proqress daha çox insanın həyatına və daha böyük ərazilərə yayılsın və siz düşünürsünüz ki, bu gerçəkləşir.  Bu, heç də o demək deyil ki, siz qarşılaşdığınız ciddi problemləri inkar edirsiniz. Xeyr, sadəcə siz hesab edirsiniz ki, onların həlli mümkündür.

Bu mənim dünyagörüşümün nüvəsidir. O, çətin anlarda mənə dəstək olur və bu səbəbdən mən öz işimi sevirəm. Düşünürəm ki, o sizin də köməyinizə çata bilər.

Yaşamaq gözəldir. Ümid edirəm ki, siz bundan maksimum yararlanacaqsınız!”