5 iyul Beynəlxalq Bikini Günü münasibətilə, Villa Italian Kitchen restoran qrupu tamamilə gerçək pizzadan düzəldilən pizza kini adlı iki parçalı çimərlik geyimi hazırlayıb.
Pizzadan hazırlanmış çimərlik geyimi 10.000 dollardan satışa çıxarılacaq. Sadəcə bir günlük geyinə biləcəyiniz bu geyim, sosyal mediada çox diqqət topladı və eyni zamanda tənqidlərə də məruz qaldı.
“Dünyanın ən ağız sulandıran bikinisi” sloqanı ile satışa çıxarılacaq bikini, yağlı mozarella pendiri, evdə hazırlanmış pizza sousu və xəmirdən ibarətdir.
Məhdud sayda istehsal edilən bikini 5 iyul tarixində internet vasitəsilə satışda olacaq.