BHP Billiton $5,2 milyard dollarlıq səhmlərin satınalmasını tamamladı

Date:

Paylaş:

Dağ-mədən nəhəngi olan BHP Billiton Ltd, 5,2 milyard dollarlıq səhmlərin satınalmasını tamamladığını açıqladı.

Şirkət 2018-ci il noyabrın 1-də öz səhmdarlarına “buy back” vasitəsi ilə $10,4 milyard geri qaytarmağı və xüsusi dividentlər verməyi planladığını açıqladı.

Nəticədə, dağ-mədən nəhəngi 265,8 milyon səhmləri (BHP Group Limited-in səhmdar kapitalının 8,3% -i) $5,2 milyard alıb. Satınalma qiyməti 27,64 AUD olub, və ya bazar qiymətindən 14% aşağı, yəni, hər bir səhm üzrə 32.1387 AUD.

BHP həmçinin 2019-cu il yanvarın 30-da hər bir səhm üzrə $1.02, və ya ümumilikdə $5.2 milyard məbləğində xüsusi dividentlər ödəməyi qərara almışdır. Dividentlər ABŞ-da şirkətin aktivlərinin satışından əldə olunan gəlirin bir hissəsi kimi ödəniləcək.

Vesti.Ekonomika-nın verdiyi məlumata görə, dünyanın ən böyük dağ-mədən şirkəti olan BHP Billiton, 2017-ci ilin avqust ayında ABŞ-dakı saflaşdırılmış neft və qaz biznesindən çıxacağını açıqlayıb. BHP, bu qərarı şirkətin bir hissəsinə sahib olan Elliott Management fondunun göstərdiyi təzyiq altında verdiyi də qeyd olunmuşdu.

2018-ci ilin may-iyun aylarında, BHP Billiton Ltd, ABŞ-da saflaşdırılmış neft və qaz biznesindən çıxmağı planları çərçivəsində, bu aktivlərin alışı ilə bağlı bir neçə təklif aldı. Müqavilənin bu ilin sonunadək və ya növbəti ilin əvvəlində başa çatdırılması planlaşdırılıb.

Şirkətin Hyustondakı bölməsi olan BHP Petrolium, 3391 kv2  bir sahəyə malikdir. BHP, öz sahəsini $14 milyard kimi qiymətləndirib. Lakin, analitiklərin fikrincə, bu aktivlərin ümumi dəyəri $9 milyardı aşmır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...