“Beta” şirkəti yeni çay plantasiyaları salıb

Date:

Paylaş:

2019-cu ildə Lənkəranda dövlət proqramına uyğun olaraq qabaqcıl texnologiyaları tətbiq etməklə çay, çəltik və sitrus meyvələri istehsalının artırılmasına nail olunub.

Rayonda çay plantasiyaları genişləndirilərək, 640,5 hektara çatdırılıb. Bunun 468 hektarı son illərdə salınmış plantasiyalardır. Son iki ildə təkcə “Beta” şirkəti tərəfindən Osaküçə kəndindəki çay sahələri genişləndirilərək 50 hektara çatdırılıb.

Bütün bunlar haqqında illik hesabat yığıncağında danışan Taleh müəllim onu da bildirdi ki, illərcə istifadəsiz qalmış, amma kənd təsərrüfatına yararlı olan torpaqları əkin dövriyyəsinə cəlb etməklə rayon üzrə ötən il 852 hektar sahədə çəltik əkini aparılıb, bunun hesabına 3418 ton yüksək keyfiyyətli məhsul yığılıb. Təkcə “Green East” MMC tərəfindən Viravul və Girdəni kəndlərində müasir texnologiya ilə 100 hektar sahədə çəltik əkilib və yüksək məhsuldarlıq əldə edilib. İndi ölkənin hər yerində ticarət şəbəkələrində müxtəlif adda xoş ətirli, artımlı Lənkəran düyüsünə rast gəlmək olar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...