Milyarder Warren Buffet-ə məxsus olan “Berkshire Hathaway” holdinqi, gələn ildə 100 milyard dollar sərmayə qoymaq niyyətində olduğunu bildirib. “The Wall Street Journal” qəzetinin verdiyi məlumata görə, milyarder bu məlumatı Omaxada keçirilmiş iclasda açıqlayıb.
“Biz gələn ildə 100 milyard dollar xərcləyə bilərik, bu problem deyil”, – Buffet qeyd edib. “Əsas məsələ onları səmərəli xərcləməkdi”, – milyarder əlavə edib.
“Əgər onlar (maraqlı olan şəxslər) daha çox pul götürmək və tender keçirmək istəyirlərsə, bu halda qalib gələ bilməyəcəyik. Biz iştirak etməyəcəyik və vaxtımızı itirməyəcəyik”, – Buffet açıqlama verir.
“Berkshire Hathaway” holdinqi 80 şirkətdən ibarət olan konqlomerata çevrilir. Onlar sığorta, investisiyalar və istehsal, mebel, geyim və ərzaq ticarəti kimi sahələrdə fəaliyyət göstərirlər.
2008-ci ildə Buffet dünyanın ən varlı insanı kimi seçilmişdi. Forbes onun mülkünü 89,9 milyard dollar dəyərində qiymətləndirir – ABŞ üzrə üçüncü yer. Səhvsiz iqtisadi proqnozlarına və intuisiyasına görə milyarderə “Omaxalı orakul” adını veriblər.