“Bərkgedən” “Cadillac CT6-V” sedanın bütün tirajı bir neçə günə satılıb.
“Bizplus.az” xəbər verir ki, ən nadir və eksklyuziv amerikan avtomobili 275 nüsxəlik tirajla buraxılacaq, sonra isə model istehsaldan çıxarılacaqdır. “Bərkgedən” sedana sifarişlər 14 yanvar tarixindən qəbul edilməyə başlanıb. Sifarişlərin qəbul edilməsinin üçüncü günü avtomobilin tirajı tamamilə satılıb. “Cadillac CT6 V-Sport” modelinin qiyməti 89875 dollardan başlayır. Sedanın satış qiymətinə Cadillac markasının sürücülük məktəbindəki bir günlük təlim də daxildir. Təlimlər Nevadada yerləşən avtodromda təşkil ediləcəkdir. Cadillac CT6 V-Sport modelinin 4,2-litrlik benzin mühərriki iki qanadçığı olan turbokompressor cütlüyü, elektron idarəetməsi olan öncədən buraxılış klapanı, iki interkuler, silindrlərin söndürülməsi və elektronasoslu yağlama sistemi ilə təchiz edilir. Mühərrik 557 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edir. Güc aqreqatı 10-pilləli avtomatik ötürmələr qutusu və tam çəkiş sistemi ilə tandemdə çalışır. Modeldən imtina edilməsinin əsas səbəbi General Motors konserninin restrukturizasiya edilməsidir. Amerikan konserni CT6 modelinin buraxıldığı Detroit-Hamtramck zavodunu və daha dörd istehsal müəssisəsini bağlamaq qərarına gəlib.