İtaliyanın Benetton Group şirkətinin təsisçilərindən biri Gilberto Benetton bazar ertəsi günü 77 yaşında vəfat edib. Bu barədə məlumatı Banker.az ANSA agentliyinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, sahibkar uzun bir xəstəlikdən sonra vəfat edib. Ölümündən bir neçə gün əvvəl, o, sətəlcəm xəstəliyi səbəbiylə Treviso şəhərində xəstəxanaya qaldırılıb.
Benetton, Benetton ailəsinin nəzərəti altında olan mərkəzli maliyyə şirkəti Edizione, Autogrill iaşə şirkəti ,İtaliyanın yol operatoru Atlantia, investisiya bankı Mediobanca, şin istehsalçısı Pirelli & C. və Allianz sığorta şirkətilərinin vitse-prezidenti idi .
Forbes-in milyarder sıralamasında J. Benetton dünyada 652, İtaliyada isə 12-ci sırada yer tuturdu.
İyul ayında Benettonun qurucularından olan ən kiçik qardaşları Carlo, 74 yaşında vəfat etmişdi.
Benetton ailəsinin dörd uşağı – Lucciano, Juliana, Gilberto və Carlo 1965-ci ildə Benetton Qrupunu geyim satışı üçün qurdular. Eyni ildə İtaliyanın Veneto vilayətində Belluno şəhərində ilk Benetton mağazası açılıb. İtaliya xaricində markanın ilk mağazası 1972-ci ildə Parisdə açılıb.