Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Belçika şirkəti Azərbaycan bazarına daxil olur

Belçika şirkəti Azərbaycan bazarına daxil olur

13
Paylaş

Belçikanın qlobal tikinti avadanlıqları şirkəti “Sarens” Azərbaycan bazarına daxil olur.

10 Yanvar 2020-ci il tarixində Vergilər Nazirliyi “Sarens Azərbaycan” şirkətini dövlət qeydiyyatına alıb.

Şirkətin nizamnamə kapitalı 1000 manat təşkil edir. Onun qanuni təmsilçisi isə Məmmədov Fuad Ramiz oğludur.

“Sarens Azərbaycan” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Moskva pr ev 48. m22-dir.

“Heç nə həddindən artıq ağır, heç nə həddindən artıq yüksək deyil” şüarı ilə fəaliyyət göstərən “Sarens”  60 ildən çoxdur ağır kran, lift və digər qurğular təklif edir.