Bekarçılıq sənəti: cansıxıcılıq bizi həqiqətən də daha yaradıcı edirmi?

Date:

Paylaş:

Biz davamlı əlaqələr zamanında yaşayırıq. Sərhədsiz rəqəmsal dünyaya çıxış həyat tərzimizi həm yaxşıya həm də pisə doğru dəyişib.

Daha çox internetin boş vaxtın hər saniyəsini doldurmasından şikayət olunur  və buna diqqət edilir. Buna müvafiq olaraq internet “darıxmağın qarşısını alır” da deyə bilərik. Amma bu yaxınlarda New York Times-dakı məqalədə belə deyilir: “Qoy uşaqlar darıxsınlar”. Jenny Adell bu dəhşət içində beynimizi necə bərpa etmək barədə bir kitab yazıb. “Heçnə etməmək: diqqət iqtisadiyyatına müqavimət” kitabı bu ilin aprelində dərc olunub. Bu, qismən manifest, qismən  fəaliyyət üçün göstərişlər kitabıdır. Bu ilin mayında illüstrator Kyle Webster 99U konfransındakı nitqinə döşəmədə uzanaraq başlayıb. Bunu darıxmağın yaratdığı diskomfortu sübut etmək üçün belə edib.

Bundan başqa, belə bir fikir var ki, beynin işləməsinə şərait yaradan cansıxıcılıq yaradıcılıq üçün münbit zəmin yaradır. Bunsuz biz həyati əhəmiyyət kəsb edən nəyisə itiririk. Bəs cansıxıcılıq əslində nədir və yaradıcı prosesə necə təsir edir? Aşağıda bu vəziyyətə nəzər yetirib onun yaradıcılıq və arzu ilə necə əlaqəli olmasından bəhs edəcəyik.

Cansıxcılıq hər kəsin yaşadığı xoşagəlməz bir vəziyyətdir. Merriam-Websterin sözlərinə görə, cansıxıcılıq “maraq yoxluğundan yaranan yorğunluq və narahatlıq vəziyyətidir”. Təyinatına görə, o, mənfi və ağır bir təcrübədir. Soren Kierkegaard bu vəziyyəti boşluğu iflic edən vəziyyət kimi qeyd edib: “ Hara baxırsan hər yer boşluqdur: boşluqda yaşayıram, boşluqla nəfəs alıram”.

Darıxanda biz “dünya ilə əlaqəyə girmək arzumuzu” sınaqdan keçiririk, Vaterloo Universitetində koqnitiv neyrobiologiya üzrə professor olan James Dankert deyir. Laqeydlikdən irəli gələn maraqsızlıqdan fərqli olaraq cansıxıcılıq mənalı bir iş və ya iştiraka cəhdə köklənir, bu isə qənaətbəxş ifadə yollarını tapa bilmir.

Kalqari Universitetində klassika və din kafedrasının professoru və “Cansıxıcılıq:canlı tarix” kitabının müəllifi Peter Tuxi  deyir ki, cansıxıcılığı iki əsas kateqoriyaya bölmək olar. Biri vəziyyətlə əlaqədar olaraq müvəqqəti uzaqlaşma vəziyyətidir və bununla demək olar ki, hər kəs qarşılaşır. Digəri isə ekzistensiya (insanın özündə mövcudluğu) cansıxıcılığıdır. Sonuncunu Tuxi “ əlçatmaz boşluq,təcridlik və laqeydlik hissiyatı” kimi müəyyən edir. Bu vəziyyət depressiya ilə o qədər sıx bağlıdır ki, o, onun ayrıca bir mövcudluq kimi var olub-olmamasına əmin deyil.

Cansıxıcılıqla mübarizə üçün çoxlu strategiyalar var – həyati məqsədlərə nail olmaqdan tutmuş internetdə sörfinqə kimi. Bundan başqa, bu vəziyyət əsaslı iştirakla əlaqəli olduğu üçün qısamüddətli düzəlişlər çox vaxt “uzunmüddətli sıxıxılıq əlamətlərini aradn qaldıra bilmirlər” – Dankert deyir.

Bu arzu etməklə eyni şey deyil. Cansıxıcılıq passiv olarsa, arzular aktiv təcrübə ola bilərlər. “Ətrafdakılara nəzarət etmək və yalnış təəssüratların qeyd edilməsi – həyəcana qarşı həssaslıq qədər passiv hərəkətsizlik deyil. Nəzər yetirə bilmək və ətrafa açıq olmaq – bu, bizi əhatə edən düyaya maraq oyanması üçün bir yoldur” – Eva Xoffman “ Necə darıxmalı” (How to Be Bored) kitabında yazır.

Tuxi deyir ki, “çoxlarının arzulamaq xoşlarına gəldikləri” bir halda cansıxıcılıq ikrah hissi doğuran bir emosiyadır.

Biz tez-tez rəqəmsal cihazların daimi istifadəsinə qarşı çıxırıq, çünki, bu, gündəlik həyatda  cansıxıcılıqdan qurtarır, amma əsil ziyanı ondan ibarətdir ki, biz boş vaxtımızdan oluruq. Belə ki, bu zaman beynimizi işlədə bilərik. Və ya həmin vaxt arzu etsək, faydalı bir ideya yarana bilər. Amma daimi internetdə dolaşmaq bunu da digərini də hədələyir.

Dankert deyir ki, cansıxıcılıqdan qurtulmaq üçün bir azca internetdın istifadə etmək pis deyil. “ Bu xroniki reaksiyaya çevrildiyində problem olur – siz bir istiqamət götürüb daha əhəmiyyətli məqsədlərə doğru yönələ bilmirsiniz”. Maraqlıdır ki, insanın cansıxıcılığı qəbul etməsi ilə smartfon istifadə etməsi problemi arasında bir əlaqə var. Rəqəmsal cihazlar qısa müddətlik yayındırırlar, amma ümumi təcrid hissiyatını aradan qaldırmırlar.

Arzu etməkdən fərqli olaraq, cansıxıcılıqla yaradıcılıq arasında əlaqənin olub-olmaması hələ ki sual altındadır. “Necə darıxmalı” kitabında Xoffman öz bəstəkar dostundan yazaraq bildirir ki, “o hər səhər vaxtının bir hissəsini mətbəxdə kofe içərək keçirirr və beləcə düşüncələr və hissiyyatlara müəyyən məna və ya düzən vemədən onların öz-özünə yaranmasnı gözləyir”. Düzənli işin dəyərini anlayan məhsuldar bəstəkar deyir ki, tənbəl səhərləri onun bəstəkarlıq prosesi üçün vacibdir.

Xoffman əminliklə bildirir ki, hamımız ondan nümunə götürməliyik və özümüzə arzular üçün vaxt ayırmalıyıq. “ Demək olar ki, hər vəziyyətdə bizə ilham gələ bilər – duş qəbul edərkən və ya avtobusa minərkən – belə kiçik anlar bizim asılılıq və şəxsiyyətimiz üçün açar ola bilərlər”.

Tuxi deyir ki, həqiqətən də arzular, problemlərin həlli və yaradıcılıq arasında sıx əlaqə vardır. Bu, araşdırmalar və dərin tarixi müşahidələrlə təsdiqlənir. Məsələn, romanlar yazan Qabriel Qarsiya Markesi leysanlar işləməyə ilhamlandırırdı. Neyrobioloqlar aşkar ediblər ki, arzulama zamanı və ya yuxuda olarkən beyin problemləri həll etmə rejiminə keçir. Amma bu cansıxıcılıq demək deyil.

Danker deyir ki, cansıxıcılıq və yaradıcılıq arasındakı əlaqə ən yaxşı halda əhəmiyyətsizdir. O belə hesab edir ki, qarışıqlığın əsas hissəsi cansıxıcılığın arzulamaya qarışmasına görə baş verir və bu da New York Times məqaləsində deyildiyi kimi, valideynləri uşaqlarına bekar qalmağı icazə verməyə çağırır. Qəzetdəki yazıda müəllif erkən monoton işi təsvir edir:

“Məktəbdən sonra mən fabrikdə eybəcər peru sviterlərinin şəkillərini vərəqlərə yapışdırırdım. Əllərim yapışqanla bulaşırdı, sviterlər isə eyni çıxırdı. Nədənsə hamısından bəkməz iyi gəlirdi. Fantaziyadan istifadə etməkdən başqa seçimim yox idi. Onlar da darıxdığınız vaxt üzə çıxır”.

Nəticədə cansıxıcılıq deyil zəngin fantaziyalar yadda qaldı.

Cansıxıcılıq vacib xəbərdaredici işarə ola bilər – həm də özünürefleks barədə xatırlatma.

Cansıxıcılıq yaradıcılıq ilə birbaşa bağlı olmasa da  yaradıcılıq vəziyyətinə gətirib çıxara bilər. Tuxi deyir ki, emosiyalar insanlara uğurlu olmaqda kömək edirlər. Normal hirs – faydalı qoruyucu gücdür. Cansıxıcılıqla bağlı da buna müvafiq olaraq deyə bilərik ki, xoşagəlməz bir hal olaraq o, bizi özünün köləsindən azad olmağa motivasiya edir.

Dankert deyir ki, cansıxıcılıq fəaliyyətə çağırışdır: indi etdiyiniz heç bir şey işləmir, gedin başqa birşey edin. Cansıxıcılıq özünün pozitiv və məhsuldar tərəfi ilə bizi ətrafımız barədə daha çox şey öyrənməyə təşviq edir.

Bəs cansıxıcılıqdan daha da yaradıcı olmaq üçün ən yaxşı halda necə istifadə etmək olar? Birincisi, təşvişə düşməyin. Dankert deyir ki, mahiyyət, darıxıram və dərhal bundan canımı qurtarmalıyam fikrində deyil. Bunun əvəzində o, maraq göstərib həmin hissi araşdırmağı məsləhət görür. Nə qədər xoşagəlməz bir hiss olsa da bu araşdırma onun ilkin səbəbini ortaya çıxarmağa kömək edəcək. Beləliklə də, “niyə darıxıram?” sualına bacardığınız qədər ətraflı cavab verməyə çalışın. Ola bilsin ona görə ki, siz işdə dəqiq bir istiqamət görmürsünüz. Və ya ola bilsin ona görə ki, sizin uzun istirahət günləri üçün şəxsi məqsədləriniz yoxdur. Dankert qeyd edir ki, cansıxıcılıq sizə nə etməli olduğunuzu deməyəcək, o mənasız və məqsədsizdir.

Amma o, bu vəziyyətdən çıxmanız üçün sizə lazım olan dəyişiklikləri müəyyən edə bilər. Darıxdığınız vaxt edə biləcəyiniz ən yaxşı davranış bunun səbəbinin nədə olduğunu eşitməyinizdir – real vəziyyətdəki məhz nəyin qane etmədiyini sual verməklə.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...