Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Beauty Bay brendinin zamana qalib gələn saytı

Beauty Bay brendinin zamana qalib gələn saytı

177
Paylaş

Beauty Bay-də 2018-ci ildə araşdırma aparıb və görüblər ki, onların istehlakçıları düşündüklərindən cavan imiş. Belə olan halda onlar brendi təzələyir və saytı dəyişirlər. Bəs saytda hansı maraqlı yeniliklər olur:

1 . Əsas səhifə iki hissəyə bölünür. Birinci yarısında məhsullar, ikincidə isə faydalı məzmun olur və burada istifadəçi həmin məhsulların ya hamısını ya da hər birini ayrı-ayrılıqda reklam edə bilir. Daxildən bu iki sütun hələ də bir-birinə bağlıdır. Məhsulların səhifəsində məzmun linkləri var və əksinə. Bu, yeni istifadəçiləri almağa, köhnələri isə saytı “vərəqləyib” araşdırmağa sövq edir.

2 .”İnfluencer”lərin şəkilləri. Beauty Bay tanınmış bloggerlərlə işləyir, sosial şəbəkələrdə onların hesablarında olurlar və öz saytlarında şəkillərini paylaşırlar. Beləcə brendə inam artır.

3 . Çoxlu keyfiyyətli məzmun. İşçilər məzmuna, kommersiya tərkibinə göstərdikləri diqqət qədər diqqət ayrırlar. Saytdan təkcə  məhsullar deyil, trendlər, gözəllik, həyat tərzi haqqında da məlumat əldə etmək olar. Naviqasiya materialları bölmələrə, mövzulara və tiplərə görə ayırır.

4 . Veqan kosmetika bölməsi. 2018-ci ildə Böyük Britaniyanın veqanlar Cəmiyyəti gördü ki, əhalinin 56%-i  “alışın veqan modeli”nə meyllidir və heyvan tərkibli olmayan məhsullar almağa çalışır. Beauty Bay də bundan öz satışları üçün istifadə etmək qərarına gəlir və axtarış trafiki əldə etməklə veqan kosmetika bölməsinə minlərlə məhsul əlavə edir.

5 . Mobil optimallaşma. Mobil vasitələrdə də sayt desktopda olduğu kimi görünür və hər şey də yaxşı işləyir. Mobil telefonlara həm də intuitiv axtarış paneli və bəzi ödəniş variantları da daxil ediblər.