“Bu gün sərgidə təqdim etdiyimiz startap layihəmiz İnklüziv təhsili əhatə edəcək mobil tətbiqdir. Hal-hazırda Azərbaycanda xeyli sayda eşitmə və danışma əngəlli insanlar var. Layihəmiz həmin insanları təhsil sisteminə qazandırır”.
Bunu Bakı Dövlət Universiteti Kompüter elmləri ixtisasının SABAH qrupunun III kurs tələbəsi Yusif İmamverdiyev “EduExpo” sərgisində açıqlamasında deyib.
Yusif İmamverdiyev bildirib ki, startapları üçün əlifba və ifadə bölmələri hazırlayıblar: “Əlifba bölməsində olan hərfləri müəllimlər tələbələrə öyrədəcək. Bu sahədə müəllimlərin əsas narahatlıqları uşaqların öyrəndiklərini yaddaşında saxlamasıdır. Bunun üçün isə biz proqramda testlər bölməsi də yaratmışıq. Uşaqlar mütəmadi şəkildə testlərlə hərf və ifadələri təkrarlayacaqlar. Eyni zamanda, bu startap danışma və eşitmə əngəlli insanların digərləri ilə ünsiyyət problemini də aradan qaldıracaq. Belə ki, danışma əngəlli bir insanla danışarkən o hərfləri göstərir və onun demək istədiyi ifadə anlaşılır. Bu proqramı gələcəkdə Play Story-dan yükləyə bilərlər. Hələki mobil tətbiqi əlavə etməmişik. Çünki ifadələr çoxdur və bizə baza lazımdır”.