Bazarlıq etməyin yeni yolu – Jetmarket.az

Date:

Paylaş:

Azərbaycandakı gənc sahibkarlar sırasına bir yenisi daha qatıldı. Jetmarket`in qurucusu İlqar İlyasov İstanbulda maqistr təhsili alarkən istifadə etdiyi xidmətin bənzərini dostları ilə birlikdə Bakıda həyata keçirdi. İki ay əvvəl fəaliyyətə başlayan “jetmarket.az market qapına gəlsin!” devizi ilə bazara giriş edib.

Komanda hər çeşiddə meyvə, tərəvəz, ət, şirniyyat, ərzaq və təmizlik məhsullarını mənzillərə çatdırır. Məhsul çeşidləri böyük marketlər qədər geniş olmasa da evdə günlük ehtiyac olan hərşeyi tapa bilərsiniz. Jetmarket`i digər marketlərdən ayıran və önə çıxaran xüsusiyyət isə marketə getmədən bazarlıq edə bilməyinizdir. Verilən sifarişlər 1 saat içində qapınızda olur. 20 manat və üstü sifarişləri pulsuz çatdırırlar, ödəməni sifarişləri təslim aldıqdan sonra edirsiniz və razı qalmadığınız məhsulları 14 gün içində geri qaytara və ya dəyişdirə bilirsiniz. Eyni zamanda digər marketlərdə olduğu kimi etdiyiniz hər bazarlıqda bonus qazanmaq imkanınız var.

Bəs bu ideya necə ortaya çıxdı?

Getmiş olanlarınız bilirsiniz İstanbul gəziləcək yerləriylə olduğu qədər tıxacları ilə də məşhurdur. Bir yerdən başqa bir yerə getmək bəzən 2-3 saatdan uzun çəkir. Kütləvi nəqliyyat vasitələri də pik saatlarda tıxa basa dolu olur.

Bu şəhərdə həm oxuyub həm işləyən İlqar üçün tıxacdan sonra evə bazarlıq etmək getdikçə çəkilməz hal alır. İnternetdə kiçik bir araşdırmadan sonra Migros sanal marketlə qarşılaşan İlqar onlayn olaraq ərzaq sifariş vermək qərarına gəlir. Və xidmətdən istifadə etdikcə həyatının nə qədər asanlaşdığını hiss edir.

Üniversiteti bitirib Bakıya qayıtdıqdan sonra Bakıda da həyatın ən az İstanbul qədər çətin olduğunun fərqinə varır. Dostları ilə birlikdə kiçik bir bazar araşdırması etmək qərarına gəlirlər. Nəticələr olduqca maraqlı olur. Bakıda işləyən qadınların İstanbula nisbətən daha çox olduğu, işləməyən 20-30 yaş arası qadınların əksəriyyətinin isə evdə uşaq böyütdükləri, qadınların maşın sürmə nisbətinin çox az olduğu ortaya çıxır. Bu da qadınlara bazarlıq etməkdə çətinlik yaradır. Pik saatlarda yorgun arğın evə qayıdan kişilərin bir də bazarlıq etmək üçün marketə dönmələri onlar üçün də böyük bir əziyyətə çevrilir. Bunlarla yanaşı istər internet, istər ağıllı telefon istifadəsini hesaba qatanda Azərbaycandakı infrastrukturun belə bir xidmət üçün hazır olduğu qərarına gəlirlər.

Bakıdakı böyük market şəbəkələri ilə partnyorluq etmək istəyirlər ancaq bu nəticə verməyincə öz imkanları ilə bu işə başlayırlar. Daha sonra dəstək almak üçün Bakıdakı startup accelerator proqramlarına müraciət edirlər. Sonda “Youth Inc.” Sahibkarlıq programına qəbul olurlar. Qeyd etmək istərdik ki, proqram Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Azerbaijan Coca-Cola Bottlers” şirkəti və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) dəstəyi ilə fəaliyyət göstərir. Hal-hazırda şirkət “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin və mentorlarının dəstəyi ilə fəaliyyətlərinə böyük addımlarla davam edir.

Jetmarket bütün Bakı və Abşeronda xidmət verməyi hədəfləsə də hazırda pilot olaraq Xırdalan şəhəri və Bakını Binəqədi, Nizami, Nəsimi, Nərimanov və Səbail rayonlarında mənzillərə çatdırma xidməti göstərir.

Çətin bir işə girişən bu gənc sahibkarlara biz də burdan uğurlar arzulayırıq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...