Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Bazara süd məhsulları paylayan şirkət gəlir və mənfəətini açıqladı

Bazara süd məhsulları paylayan şirkət gəlir və mənfəətini açıqladı

90
Paylaş

Dünya şöhrətli firmaların süd məhsullarının Azərbaycan bazarında satışını həyata keçirən “Food Trade” MMC 2018-ci ili 413 min manat xalis mənfəət ilə başa vurub. 2017-ci illə müqayisədə şirkətin xalis mənfəəti 2,7 dəfə artıb. “Food Trade” şirkəti 2017-ci ili 155 min manat xalis mənfəətlə bağlamışdı.

“Bizplus.az” şirkətin illik hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə 11 milyon 413 min manat təşkil etmiş əsas əməliyyat gəliri (satışdan gəliri) 2018-ci ildə 18 milyon 999 min manata yüksəlib (7 milyon 586 min manat və ya 66,5% artıb). Müqayisə olunan dövrdə satışın maya dəyəri isə 10 milyon 251 min manatdan 17 milyon 363 min manata qalxıb.

Ötən il satışdan gəlirin artması və sair əməliyyat gəlirləri ilə əlaqədar olaraq “Food Trade” şirkətinin əməliyyat mənfəəti də 2,7 dəfə artaraq 516 min manat təşkil edib. Şirkət ötən il əməliyyat mənfəətindən 103 min manat mənfəət vergisi ödəyib.

“Food Trade” MMC 2014-cü ildə yaradılmışdır. Şirkət  “Svalya”, “Valio”  kimi dünya şöhrətli firmaların süd məhsullarının Azərbaycan bazarında satışını həyata keçirir.