Kriptovalyutalarının dəyərində artımlar davam edir. Diqqətlərin bitkoinə yönəldiyi zamanda daha bir kriptovalyutanın ulduzu parlayıb.İOTA adlanan bu valyuta iki gündə 4,6 dollara yüksəlib.
Kriptovalyutanın bazar dəyəri isə 13 26 milyard dollar təşkil edib.
Oxu.Az xəbər verir ki, IOTA gün ərzində 23 faiz, həftəlik 220 faiz dəyər qazanıb. IOTA-nın bahalaşması 24 saat ərzində alqı-satqı əqdlərinin həcmini 1,13 mlrd. dollara çatdırıb.
IOTA-nın yüksəlməsinə səbəb onun təminatçısı olan Almaniyanın IOTA komandasının “Fujitsu”, “Microsoft” və “Samsung” kimi nəhəng şirkətlərlə ortaqlığa başlaması xəbəri olub. Nəticədə, IOTA-nın kritovaluyutalar arasında 5-ci ən bahalı kapitallaşmasını təmin edib.
Xatırladaq ki, dekabrın 3-də kriptovalyutanın dəyəri 1,45 dollar olub.