Bayram günlərində 25 minə yaxın sərnişin daşınıb

Date:

Paylaş:

“Azərbaycan Dəmir Yolları” QSC Novruz bayramının qeyd olunduğu 20-26 mart tarixlərində 24 880 sərnişin daşıyıb.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, bunun 22 423 nəfəri ölkə daxilində hərəkət edən, 24 57 nəfəri isə beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları ilə daşınıb. Bayram günlərində sərnişinlərin sayı normadan 800-1000 nəfər çox olub.

Qeyd edək ki, Novruzda dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonlar qoşulub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...