“Bayer”, xərçəng xəstəliyi aşkarlanmış ahıl cütlüyə 2 milyard dollar ödəyəcək

Date:

Paylaş:

Kaliforniya məhkəməsi, “Bayer” şirkətinin “Roundup”(alaq otlarına qarşı kimyəvi vasitə) məhsulunun onların hər ikisində xərçəng xəstəliyinə səbəb olduğunu iddia edən cütlüyə 2 milyard dollar verib.Əlavə 55 milyon dollar isə kompensasiya olaraq ödəyəcək.

Yaşlı cütlük təsdiq edib ki, Monsanto şirkətinin hazırladığı qlifosat onlarda qeyri-Hodgkin limfoması onkiloji  xəstəliyinə səbəb olub. 70 yaşlı Alva Pilliod 18 milyon dollar həcmində kompensasiya və 1 milyard dollar zərər cəriməsi alacaq. Onun yoldaşı Alberta Pilliod isə 37 milyon dollar və 1 milyard dollar əldə edəcək.

Məhkəmə heyəti bildirib ki, istehsalçı “Roundup”dan istifadə riskləri barədə xəbərdarlıq öhdəliyinə məsuliyyətsiz yanaşıb. Bu artıq “Bayer”-ə qarşı irəli sürülən üçüncü iddiadır. Reuters açıqlayıb ki, sırada qlifosatla bağlı daha 13,4 iş var.

Bayer nümayəndələri bildiriblər ki, danışıqlardan məyus olublar və şirkət appelyasiyaya çikayət edəcək. Mətbuat katibi məhkəmə heyətinin qərarını “əsassız” adlandırıb. O, həmçinin qeyd edib ki, Alva və Alberta-nın limfomanın inkişaf riskini artıran uzun bir xəstəlik dövrü var. “Bayer”-dən bildiriblər ki, şirkətin doqquzillik araşdırması var və buna əsasən qlifosatın təhlükəsizliyi sübut olunub.

Sağlamlığın qorunması Ümumdünya təşkilatı bildirir ki, qlifosat “ məlumdur ki, kanserogendir” və qeyri-Hodgkin limfomasını yarada bilər. ABŞ-ın ətraf mühitin qorunması üzrə agentliyi belə hesab edir ki, qlifosat ehtiyatla istifadə edildikdə təhlükəsizdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...