Əsas səhifə Biznes Biznes ideyalar Başlanğıc kapital 3 000 AZN: çiyələyin yetişdirilməsi biznesi

Başlanğıc kapital 3 000 AZN: çiyələyin yetişdirilməsi biznesi

101

İl boyu çiyələk yetişdirmək

Çiyələyə tələbat demək olar ki, həmişə yüksək olub. Restoranlar və kafelər onu sadə qablaşdırmada və ya hazırlanmış desertlər şəklində (məsələn, məşhur “şokoladlı çiyələk” deserti) almağa hazırdırlar. Çiyələk bütün il boyu yetişdirilə bilər, buna görə biznesin bu növü iri və sıx məskunlaşmış şəhərlər üçün uyğun gəlir.

Biznesə yanaşma

Hollandiyalılar çiyələyi plastik torbalarda, bağlı şəkildə yetişdirirlər, onlar Avropa əhalisinin demək olar ki, yarısının ehtiyacını ödəyirlər. Əslində, çiyələyin yetişdirilməsi texnologiyaları olduqca genişdir. Onların hər biri həm qış, həm də yay fəslində məhsul götürməyi nəzərdə tutur. Soyuq havalarda təbiətdə bitkilərin əksəriyyəti qış yuxusuna girirlər. Lakin artım üçün əlverişli şərait yaradılarsa, onlar isti mövsümdə olduğu kimi bar verirlər. Bu məqsədə çatmaq üçün əkinçilər istixana metodundan istifadə edirlər.

Malın reallaşdırma bazarı

Potensial satış miqdarı və malın nəqli məsələlərini razılaşdırdıqdan sonra, əkin üçün sahə axtarışına başlaya bilərsiniz. Yaxşı olar ki, seçdiyiniz sahə istehsalın genişləndirilməsi potensialına malik olsun. Çiyələyin yetişdirilməsi üçün əsas şərtlərdən biri otaq temperaturunun olmasıdır. Hər hansı qeyri-yaşayış otağı və ya isti qaraj da uyğun ola bilər.

Çiyələyin yetişdirilməsi üçün torbalar

Çiyələyin yetişdirilməsi üçün böyük polietilen torbaların istifadəsi daha optimaldır. Effektiv işıqlandırma olsun deyə adətən onlar ağ plyonkadan hazırlanırlar. Standart polietilen torbanın qalınlığı 0,2 mm, ölçüsü isə 16*200 sm təşkil edir. Torbanın içinə torf və perlit tökülür, daha sonra isə ağzı tikilir. Şitillər üçün 7-9 sm diametrində deşiklər açılır, əkin adətən 4 cərgə, aralarında 25 sm ara ilə həyata keçirilir. Suvarma sistemi kiçik borulardan hazırlanır və hər torbadan sutkada 2 litr məhlul çıxarır.

Qənaət

10 m2 – lik əkin sahəsinin xərci 50 AZN, 1 m2 15-20 kq məhsul verir. Təcrübəli mütəxəssislər 1m2 – dan 50 kq qədər bar götürə bilərlər. 10 m2 -dən 150 kq məhsul götürülür, biznesin bu növü çox xərc tələb etmədiyi üçün qənaətbəxş sayılır. Çiyələk mövsümündə bir litrlik çiyələk bankasının qiyməti orta hesabla 3-4 AZN arasında dəyişir. Ən aşağı qiymətlə hesablasaq, bir yığımdan 800 AZN gəlir götürə bilərsiniz.

Bu biznesin rentabelliyi 100% kimi götürülür, aero-hidropon qurğunu ayrıca da sifariş etmək mümkündür.

Çiyələkdən başqa ev şəraitində göbələklər də yetişdirilə bilir.

 

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here