General Motors şirkəti 2022-ci ilin əvvəllərində Hummer pikapının satışını yeniləyəcək. Bu barədə The Wall Street Journal xəbər verib. Avtomobil artıq tam elektrik olacaq. Digər texniki göstəriciləri isə açıqlanmayıb.
WSJ qeyd edir ki, maşınlar güman ki, məhdud sayda satılacaq. Bu pikap GM-in növbəti bir neçə il ərzində satışa buraxacağı ilk elektrik yolsuzluq avtomobillərindən biri olacaq.
Mənbələrin məlumatına görə, GM-in hələ ki, 2010-cu ildə istehsalını dayandırdığı “Hummer”i canlandırmaq fikri yoxdur. Bu maşının yerinə şirkətin yolsuzluq və yük maşınları satan GMC brendinin modellərindən biri gələcək.
Qeyd edək ki, GM “Hummer”in təşviqatına basketbolçu Lebron Ceymsi cəlb edib. Qəzet mənbəsindən əldə edilən məlumata görə, reklam 2020-ci ilin fevralında yayımlanacaq.