Əsas səhifə Biznes sahələri Texnologiya “Barselona” fanatlarına Oppo Reno FC Barcelona smartfonu təklif olunub

“Barselona” fanatlarına Oppo Reno FC Barcelona smartfonu təklif olunub

160
Paylaş

Qiyməti təxminən 700 dollardır.

Oppo şirkəti və “Barselona” futbol klubu mətbuat konfransı keçiriblər. Burada tərəfdaşlıq əlaqələrinin üç illik uzadılması barədə məlumat verilib.

Tədbir zamanı “Oppo Reno FC Barcelona” smartfonu təqdim olunub. Onun arxa panelində sözü gedən futbol klubunun ənənəvi rəngləri əks olunub.

Bundan başqa, smartfonda, bir çox tətbiqlərdə həmin rənglərə uyğun gələn eksklüziv divar kağızları və nişanlar da var. Əlavə olaraq, klubun himnini və azarkeşlərin səslərini də zəngə qoymaq mümkündür.

Smartfon 10x hibrid böyütməni dəstəkləyir, 8 Gb əməli və 256 Gb fləş-yaddaşa malikdir.Cihazın əsasında bir kristallı sistem kimi Qualcomm Snapdragon 855 dayanır.

Smartfon 26 iyulda təxminən 700 dollara satışa çıxarılacaq.