BANM Böyük Britaniyanın IDF şirkəti ilə müqavilə imzalayıb

Date:

Paylaş:

Bakı Ali Neft Məktəbində (BANM) Böyük Britaniyanın “International Drilling Fluids” (IDF) şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

BANM-dan verilən məlumata görə, görüşdə Ali Neft Məktəbi və IDF arasında Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi ixtisasları üzrə qarşılıqlı əməkdaşlıq, bu əməkdaşlıq çərçivəsində mütəxəssis mübadiləsi, birgə tədqiqatların aparılması və digər məsələlərə dair Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Müqaviləni Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “International Drilling Fluids” şirkətinin Baş icraçı direktoru Koruş Təhmasib imzalayıblar.

Görüşdə birgə elmi tədqiqatların aparılması, tələbələrin iştirakı ilə müxtəlif laboratoriya kurslarının, işçi heyəti üçün treninqlərin təşkil olunması barədə razılıq əldə olunub.

IDF neft-qaz sənayesində qazma, tamamlama və istehsal üzrə mühəndislik xidmətləri göstərir. Şirkət qazma problemlərini aradan qaldırmaq üçün praktik tədqiqat fəaliyyəti ilə məşğuldur. Baş ofisi Londonda yerləşən şirkətin Azərbaycanda da ofisinin açılması planlaşdırılır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...