Banklar iş adamlarına güzəşt etməyə razı olublar

Date:

Paylaş:

Azərbaycan bankları koronavirusla bağlı kiçik və orta biznesə dəyən zərəri nəzərə alaraq bəzi əməliyyatlarda onlara güzəşt etməyə razılaşıblar. 

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, KOBİA-nın koronavirus infeksiyasının KOB-lara mümkün təsirlərinin azaldılmasına biznes tərəfdaşlığı platforması çərçivəsində dəstək göstərilməsi barədə çağırışına qısa müddətdə bir sıra banklar müsbət cavab verib:

«Artıq müxtəlif banklar tərəfindən bank əməliyyatları, xarici pul köçürmələri ilə bağlı KOB-lara güzəştlər olunur»-deyə O.Məmmədov bildirib.

Qeyd edək ki, Agentlik kororavirusun biznesə vurduğu zərəri qiymətləndirmək, yaranmış çətinliklərdən çıxış yollarının müzakirəsi, sahibkarların gözləntilərinin və təkliflərinin öyrənilməsi məqsədilə 80-ə yaxın sahibkarın iştirakı ilə görüşlər keçirilib, 700-ə yaxın KOB subyekti arasında sorğular aparılıb. Bu görüşlərdə və sorğularda iştirak edən sahibkarlar bildirib ki, əsas güzəşt olaraq vergi və sosial müdafiə ödəmələrinin təxirə salınması, yaranan məşğulluq problemlərinə dəstək, kredit öhdəliklərinin və icarə xərclərinin ertələnməsini istəyirlər.

Agentlik rəhbəri bildirir ki, hazırda virusun turizm, ictimai-iaşə, ticarət, yükdaşıma-logistika sektorlarına, xüsusilə də bu sahələrdə fəaliyyət göstərən kiçik və orta biznes (KOB) subyektlərinə təsirləri ilə bağlı təkliflər hazırlanır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...