Banklar informasiya texnologiyalarının tətbiqinə nə qədər pul xərcliyib?

Date:

Paylaş:

Beynəlxalq banklar informasiya texnologiyalarının tətbiqinə son üç ildə təxminən 1 trilyon dollar sərf ediblər. Bu barədə konsaltinq “Accenture Plc” şirkətinin tədqiqatında deyilir.

161 iri pərakəndə və kommersiya bankının yalnız 19-u böyük dəyişikliklərə imkan verən rəqəmli strategiyalara lazımi diqqət yetirir.

İyirmi bir ölkədə fəaliyyət göstərən bu maliyyə təşkilatları 2011-ci ildə eyni kapital gəliri (return on equity, ROE) göstəricisi ilə xarakterizə olunub.

Texnologiyaların tətbiqi üçün xərclərin 1 trilyon dollar məbləğində qiymətləndirilməsi bütün dünyanın pərakəndə və kommersiya banklarının investisiyalarını əhatə edir və daxili və kənar aparat vasitələri, proqram təminatı, xidmətlər və İT heyəti xərclərini özündə birləşdirir.

Nyu-Yorkda yerləşən ABŞ-ın iri “JPMorgan Chase” bankı texnologiyalara xərclərin həcminə görə maliyyə müəssisələri arasında liderdir. Fevralda şirkət cari ildə texnologiyalar üçün xərclər büdcəsinin 600 milyon dollar artırılaraq 11,4 milyard dollara çatdırılmasının planlaşdırıldığını açıqlayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...