Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Bankı tərk edən şəxs taksi-yükdaşıma şirkətinə direktor təyin edilib

Bankı tərk edən şəxs taksi-yükdaşıma şirkətinə direktor təyin edilib

120
Paylaş
Rəşad İbrahimov
Rəşad İbrahimov

“Azər Türk Bank” ASC-ni tərk edən Rəşad İbrahimovun yeni təyinat aldığı iş yerinin adı məlum olub.

R.İbrahimov, Azərbaycanda fəaliyyət göstərən taksi-yükdaşıma şirkəti olan “Cargo.az” MMC-yə baş direktor təyin olunub.

Xatırladaq ki, İbrahimov cari ilin iyul ayına qədər “Azər Türk Bank”da Layihələrin İdarəolunması Ofisinə rəhbərlik edirdi.