“Bank VTB” Rusiya Bankının (Mərkəzi Bank) uçot dərəcəsini artıracağını gözləmir.
“Bizplus.az” – ın bildirdiyinə gğrə “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Bankın İdarə Heyəti sədrinin I müavini Yuriy Solovyev məlumat verib.
O,həmçinin, münbit geosiyasi şərtlər daxilində ABŞ dollarının məzənnəsinin 66 rubldan 63 rubla düşəcəyini, yəni ölkənin milli valyutasının cüzi bahalaşacağını istisna etməyib. Sədr müavinin sözlərinə görə, “Bank VTB”nin törəmə şirkəti “VTB Kapital” bu il Rusiyada inflyasiyanın 4,2% olacağını proqnozlaşdırır ki, bu da Mərkəzi Bankın proqnozundan aşağıdır.
Xatırladaq ki, Rusiya Bankı ötən ilin dekabr ayında uçot dərəcəsini 0,25 faiz bəndi artırraq 7,75%-ə qaldırıb.