#Sual : Bankdan 700 000 manat kredit götürmüşdük 2015-ci ildə sonra işimiz zəiflədi ödəyə bilmədik. İndi bank bizə deyir ya pulu ödəyin ya da sizin barənizdə korrupsiyaya şikayət edəcəyik saxta sənədlə kredit almağa görə.
#Cavab : Kredit əgər fərdi sahibkar və ya şirkət adına alınıbsa və sahibkarlıq fəaliyyətiniz barədə məlumatlar təqdim edilməklə bank analiz aparıbsa bu halda sizin üçün problem ola bilər. Çünku həmin dövrdə bir çox banklar şirkətlərə və sahibkarlara kredit verərkən onların təkcə rəsmi dövriyyəsini deyil həm də qara mühasibatlıq sənədlərini tələb edirdilər düzgün hesablamaq üçün real dövriyyəni və bir çox sahibkarlar da bu məlumatları təqdim ediblər. Bu cür məlumatlar isə korrupsiya Cinayət Məcəlləsinin KORRUPSİYA CİNAYƏTLƏRİ VƏ QULLUQ MƏNAFEYİ ƏLEYHİNƏ OLAN DİGƏR CİNAYƏTLƏR fəslində nəzərdə tutulan bir sıra cinayətlərin əlamətləri ilə müşayiət edilir. Bu baxımdan təqdim etdiyiniz məlumatlar və həmin dövrdə sənədləri imzalamış vəzifəli şəxslərlə bağlı problem yaşaya bilərsiniz.