Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Balıq ətini əvəzləyən startap

Balıq ətini əvəzləyən startap

66

2035-ci il üçün startap bütün heyvan mənşəli məhsulların analoqunu yaratmağı qarşısına məqsəd qoyub.

The New York Times yazır ki, Kaliforniyanın Impossible Foods startapı bitki tərkibli balıq ətini əvəzləyən layihə üzərində işləyir.

Hal-hazırda şirkət, süni ətin hazırlanması üçün istifadə edilən protein vasitəsilə əldə edilən balıq dadının öyrənilməsi ilə məşğuldur. İyunda startap ançous balıqlarının dadını verən bitki bulyonu hazırladı. Onu paelyanın hazırlanması üçün istifadə edirdilər, İmpossible Foods-un qurucusu Pet Braun deyib.

Layihənin tərəfdaşları balığın süni analoqunun yaradılmasını ekoloji tələbat hesab edirlər, nəşrdə yazılır. Ümumdünya iqtisadi forumunun məlumatına əsasən  dünya üzrə dəniz balığı ehtiyatı 90% azalıb – ilk öncə balıq ovuna görə.

2019-cu ilin aprelində Burger King Impossible Foods-la əməkdaşlıq etdiyini bildirdi. Onlar birgə Impossible Whopper burgerini satışa veriblər. Bu burger adi “Vopper”in hazırlandığı inqredientlərdən əmələ gəlir, lakin kotleti bitki tərkiblidir. Vegetarian yeməklərinin satışının başlanması ilə restoranların müştəri sayı da 18% artıb.

Rəy bildir

Please enter your comment!
Please enter your name here