Azərbaycanın əsas polad məmulatlarının istehsalçısı olan “Baku Steel Company” şirkətinin xaricə ixracı ikiqat azalıb.
Bizplus.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2019-cu il üzrə hazırladığı İxrac İcmalında məlumat verilib.
2019-cu ilin nəticələrinə görə, şirkət xaricə 28 milyon dollarlıq məhsul ixrac edib. Halbuki, 2018-ci ildə bu göstərici 57,6 milyon dollar idi.