“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti ayı 18 254 manat olan aylıq texniki xidmət və yenidən qurma işlərinə görə vəsait ayıracaq. “BakuBus” MMC 2018-ci ilin yarısından Bakı İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyat Agentliyinə verilib.
Bizplus.az saytının xəbərinə görə, nəqliyyat şirkəti bununla bağlı “ARIS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə artıq 1 illik 220 249 manatlıq satınlama müqaviləsi imzalayıb.
Xatırladaq ki,müqavilənin tam olaraq predmeti personal kompüter, server, şəbəkə, telefoniya infrastrukturu və avtobuslarda ödəniş sistemlərinin yenidənqurulması və aylıq texniki xidmətlərin satınalınmasıdır.