Bakının pərakəndə ticarət dövriyyəsi 4% böyüyüb

Date:

Paylaş:

Bu ilin yanvar ayında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,5% artaraq 1 557,7 mln. manat olub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 3,5% üstələyərək 1 556,5 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı məhsulların alınmasına 2018-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə orta hesabla ayda 23,4 manat çox vəsait xərcləyib.

Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2018-ci ilin müvafiq ayı ilə müqayisədə 3% artaraq 720,6 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4% artaraq 837,1 mln. manata bərabər olub. Dövriyyənin ümumi həcmində qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 0,4% artaraq 53,7% təşkil edib.

Bu ilin ilk ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 38,7%-i ərzaq məhsullarının, 7,5%-i içkilər və tütün məmulatlarının, 11,8%-i toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,5%-i elektrik malları və mebelin, 2,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,3%-i əczaçılıq və tibbi mallarının, 7,2%-i avtomobil yanacağının, 25,3%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 2,9 mln. manatlıq və ya 2018-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,4% az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə yalnız qeyri-ərzaq məhsulları realizə olunub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...