Bakının müxtəlif dəbdəbəli restoranlarında vaxt keçirən sakinlər və turistlər, bəlkə də xəbərsizdirlər ki, onların əksəriyyəti bir şirkətə daxildir.
Bakıda fəaliyyət göstərən tanınmış brend restoranlarının əksəriyyəti 2010-cu ildə yaradılmış «Saffron» Restoranlar Qrupuna məxsusdur.
Sözügedən şirkət Azərbaycanın ən böyük restoran qrupu sayılır.
Fəaliyyətinə 2010-cu ildə “Çinar” restoranı ilə başlayan və hazırda 19 brenddən ibarət olan qrupun bütün restoranları Bakıda yerləşir. Bura yerli, Panasiya, Avropa, Meksika, Ərəb, Hind mətbəxlərinin təmsil olunduğu restoranlarla yanaşı, Hard Rock Cafe, Laduree kimi brendlərin Bakı təmsilçilikləri də aiddir.
2018-ci ildə isə qrupa 3 yeni brend (Masti Baku, Madrid Bar, Chicago Club) daxil olub.
«Saffron» Restoranlar Qrupuna daxil olan restoranlar şəhərin ən əlverişli yerlərində, əsasən də Neftçilər prospekti və Bakı Bulvarı boyunca yerləşib. Həmin ərazilər və restoranların özləri, xüsusilə də xaricilərin ən çox maraq göstərdiyi ərazilər sayılır.
«Saffron» Restoranlar Qrupuna daxil olan restoranlar bunlardır:
«Masti Baku »
«Chinar»
«Movida»
«Laduree»
«7/40»
«Hard Rock Cafe»
«Atelier Vivanda»
«Enerji»
«Maya»
«Sahil»
«Harbour»
«Paris Bistro»
«El Portalon»
«Madrid Bar»
«Pivnaya Apteka»
«Pasifico»
«Buddha Bar»
«Chicago»
«Elektra».