Əsas səhifə Biznes Bakının ictimai iaşə dövriyyəsinin həcmi 631,8 milyon manata çatıb

Bakının ictimai iaşə dövriyyəsinin həcmi 631,8 milyon manata çatıb

541
Paylaş

Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərinin ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq 631,8 milyon manata çatıb.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, dövriyyənin 46,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 53,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə 16,0 faiz artaraq 292,6 milyon manat təşkil edib.