Bakının elit çimərliklərində 2019-cu il qiymətlərinin siyahısı

Date:

Paylaş:

Novxanıda fəaliyyət göstərən “AF Hotel Aqua Park” kompleksində həftəsonu bir nəfər üçün giriş 20 manatdır. Burada 3 yaşına qədər uşaqlar üçün giriş pulsuz, 3 yaşından 12 yaşına qədər isə 15 manatdır.

Bilgəh qəsəbəsində fəaliyyət göstərən “Bilgah Beach Hotel” dəki Aquaparkda həftəsonu 1 nəfər üçün giriş 40 manatdır. Dənizə giriş isə 30 manatdır. 3 yaşa qədər uşaqlar üçün aquaparkdan istifadə pulsuzdur. 3 yaşından 12 yaşına qədər isə 25 manatdır. Əgər uşağın boyu 1,20 sm.-dən hündürsə 40 manat ödəməlidirlər.

“Aqua Park Shikov”dakı istirahət mərkəzinə həftəsonu bir nəfər üçün giriş 15 manatdır. 3 yaşa qədər uşaqlar üçün aquaparkdan istifadə pulsuzdur. 3 yaşından 12 yaşına qədər isə 10 manatdır.

“Pullman Aqua Park”ın hələ açılışı olmayıb. Buradan yalnız oteldə qalanlar istifadə edə bilər. “Pullman Baku Hotel”də sadə otaqlarda bir gecəlik qiymət isə 227 manatdır. Bu qiymətə yalnız otaq daxildir.

“Dalga Beach Aquapark Resort” istirahət mərkəzinə həftəsonu bir nəfər üçün giriş 50 manatdır. 6 yaşına qədər uşaqlar üçün giriş pulsuzdur. 6 yaşından 12 yaşına qədər isə vətəndaşlara giriş 15 manatdır.

“Dalga Beach Aquapark Resort”dəki kompleksdə xarici vətandaşlar üçün həftəsonu giriş 70 manatdır. Lakin xarici vətəndaşın oturma icazəsi varsa, bu məbləğ 50 manata endirilir.

“Amburan Beach” kompleksinə həftəsonu giriş 35 manatdır. Həftə içi isə 30 manatdır. Uşaqlara gəlincə, boyu 1,50 sm.-dən hündür uşaqlara giriş böyüklər kimi hesablanır.

“Sea Breeze Hotel” – Nardaranda yerləşir. Bir nəfər üçün giriş 20 manat təşkil edir. 10 yaşına qədər uşaqlar pulsuzdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...