“Luxury Life Interiors” nümunəvi sosial mesajla vətəndaşlara səslənib.
Belə ki, “Luxury Life Interiors” şirkəti şəbəkəsinə daxil olan və şəhərin mərkəzində yerləşən mağazalarının birində vitrinlərinə “EVDƏ QAL” sosial mesajı ilə bu çətin və məsuliyyətli günlərdə vətəndaşları evdə qalmağa çağırır.
Qeyd edək ki, “Luxury Life Interiors” Azərbaycanda lüks, multi brend mebel və aksessuarların rəsmi distributor şirkətidir.
Şirkətin sosial məsuliyyətli bu addımı təqdirəlayiqdir. Ümidvarıq ki, bu kimi addımları digər şirkətlər də nümunə olaraq davam etdirəcək.