Bakının 4 parkinqində QR və “barcode” ödəniş sistemi tətbiqə başlanılıb

Date:

Paylaş:

Bakının 4 parkinqində QR və “barcode” ödəniş sistemi tətbiq olunub. Bunu “GoldenPay” şirkətinin İdarə Heyətinin sədri Naina Mehdiyeva deyib.

Onun sözlərinə görə, hazırda yeni xidmət “28 Mall”, “Gənclik Mall” ticarət mərkəzlərinin, həmçinin “Garage” və “Port Baku”nun parkinqlərində tətbiq olunub.

“Yaxın gələcəkdə bu xidmət paytaxtın digər avtomobil parkinqlərində, eləcə də kiçik və orta biznesdə istifadə olunan ödənişlərdə, marketlərdə və digər ticarət obyektlərində də tətbiq olunacaq”, – deyə N. Mehdiyeva bildirib.

Qeyd edək ki, QR və “barcode” ödənişi hesab.az mobil əlavəsi vasitəsilə etmək mümkündür.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...