Əsas səhifə Biznes sahələri Turizm Bakıdan Rusiyaya yeni avtobus marşrutu açılıb – QİYMƏT

Bakıdan Rusiyaya yeni avtobus marşrutu açılıb – QİYMƏT

370
Paylaş

Bakı-Samara-Bakı reysi yenidən istifadəyə verilib. Bu barədə Bakı Beynəlxalq Avtovağzalından bildirilib.

BBAK-dan bildirilib ki, Bakı-Samara reysi həftənin cümə günü yerli vaxtla saat 11:00-da, Samara-Bakı istiqaməti üzrə reys isə cümə axşamı saat 12:00-da yola düşəcək.

Bu reys üzrə hərəkət edən avtobus Volqoqrad, Saratov və Balakov şəhərlərini keçməklə Samaraya gedəcək.

Biletin bir istiqamət üzrə qiyməti 90 manatdır. Bakıdan Samaraya avtobusla səfərin müddəti 36 saatdır.

Sərnişinlər biletləri əvvəlcədən Bakı Beynəlxalq Avtovağzalının satış kassalarından və “avtovagzal.az” və ya
bbak.az” saytına daxil olaraq, onlayn qaydada əldə edə bilərlər.

5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə (sənəd təqdim edilməklə) biletin qiymətinin 50 faizi ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq, 5 yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.

Qeyd edək ki, sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək.

Nəzərinizə çatdırırıq ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) hərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır.

Tezliklə Bakı-Batumi və Bakı-Kislovodsk reysləri haqqında məlumat verəcəyik./seyyah.az