Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hökumətə yeni layihəni təqdim edib. Bu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığından yeni tunelin çəkilməsi ilə bağlıdır.
Xəbəri, Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov verib.
Onun sözlərinə görə, layihə Bakı Nəqliyyat Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat İdarəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə nəzərdən keçiriləcək və təsdiq edildikdən sonra tikinti işlərinə başlanılacaq.