Bakıda torpaq almaq üçün əlverişli şərait yaranıb

Date:

Paylaş:

2018-ci ilin dekabr ayında Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunub.

“Bizplus.az” xəbər verir ki, bunu “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

N.İbrahimovun sözlərinə görə, dekabr ayında qiymətlər 2,12 faiz ucuzlaşıb. Lakin ekspert bildirib ki, ümumilikdə il ərzində qiymətlərə nəzər yetirdikdə 2018-ci ildə torpaq 5,88 faiz bahalaşıb.

Ekspert torpaq bazarında son aylar müşahidə edilən ucuzlaşmanı mövsümi hesab edir.

Onun sözlərinə görə, havalar soyuduqca torpaq bazarında qeyri-mövsümi aylar başlayır, yəni yağışlı hava şəraiti torpağa marağı azaldır.

N.İbrahimov vurğulayıb ki, havalar istiləşməyə başladıqca bazarda canlanma yaranacaq və bu da qiymətlərin artmasına səbəb olacaq:

“Bu aylar torpaq almaq üçün əlverişli vaxtdır”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...