Bu ilin yanvar-fevral aylarında Bakıda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən məhsulun ümumi dəyəri əvvəlki ilin eyni aylarına nisbətən sabit qiymətlərlə 14,2 faiz artaraq 65,5 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata verir ki, ötən ilin müvafiq dövrünə nisbətən hörmə üçün hazır beton qarışığının istehsalı 33,2 faiz, sementin istehsalı isə 33,7 faiz artıb.