Bakıda tikinti dayandırılıb? – AÇIQLAMA

Date:

Paylaş:

Bakı şəhərinin Baş Planın hazırlanmasına hazırlıq gedir, buna görə də tikinti işləri ilə bağlı nəzarət də artırılıb. Ümumilikdə, Baş Plan təsdiq edilənə qədər tikinti işləri norma və meyarlar əsasında aparılmalıdır.

Bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev deyib. Onun sözlərinə görə, indi paytaxtda tikinti işləri gedir və onların dayandırılmasına ciddi əsas yoxdur.

“Sadəcə, önəmli məsələlərdən biri budur ki, şəhərsalma qanunvericiliyinin tələblərinə ciddi nəzarət olunmalıdır. Son müddətdə bir neçə islahat aparılıb, komitənin bu prosesin müxtəlif mərhələrində müdaxilə etmək imkanı var. Buna görə də qeyd edim ki, layihələrin dəyərləndirmə mərhələsində layihəçi təşkilatın böyük məsuliyyəti var.

Tikintinin harada olmasından çox şey asılıdır, landşafta uyğunluğu, texniki və təhlükəsizlik normaları uyğun olmalıdır. Əlbəttə, biz tikintiyə icazələrin sadə olmasına çalışırıq və məqsədimiz budur ki, rahat şəkildə, çox vaxt sərf etmədən bu proses yekunlaşsın”.

A.Quliyev qeyd edib ki, Bakının Baş Planının hazırlanması üçün keçirilən beynəlxalq tenderə dünyada tanınan şirkətlərin nümayəndələri öz təkliflərini veriblər. Bir neçə gündən sonra tenderin qalibinin adı açıqlanacaq, amma baş planla bağlı işlər kifayət qədər uzun bir prosesdir:

“Düzdür, işlərin bir hissəsinin görüldüyünü nəzərə alsaq, biz tez başa çatmasına çalışacağıq. Baş Planın əsasında isə komitə paytaxtın müfəssəl planını tərtib edəcək”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...