Bakıda şirkət borcu olan qadını rüsvay etdi – FOTO

Date:

Paylaş:

Bakıda “ABC Telecom” şirkəti onlara borcu olan qadını qeyri-adi şəkildə ifşa edib.

Şirkət qadına borcunu ödəməsi üçün dəfələrlə müraciət etsə də, borc ödənməyib.

“ABC Telecom” Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məhkəmə qadının 1583 manat borcunun ödənilməsi üçün qərar çıxarıb. Xanım borcu ödəməyib və şirkət onun  şəklini Səbail rayonu ərazisində binalara yapışdırıb.

Bəs, qadının şəklinin binalara yapışdırılması düzgündürmü?

Vəkil Xəyal Bəşirov deyir ki, şirkətin belə bir addım atması qanunsuzdur:

“Məhkəmə qətnaməsi varsa, işin icrasının həlli məhkəmə icraçılarının səlahiyyətinə keçir. Yəni işlə bağlı məhkəmə qətnaməsi varsa, şirkətin bu cür addım atması düzgün deyil”.

Vəkil qeyd edib ki, beynəlxalq təcrübədə belə hallar var:

“Kollektorlar banka borcu olanların yaşadığı ərazidə bu cür tədbirlər görürlər ki, vətəndaş pulu ödəsin. Ancaq bu məhkəməyə qədər olur. Məhkəmə qətnamə qəbul edirsə, şirkət heç bir addım ata bilməz”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...